Misir Xarici İşlər Nazirliyi sionist rejimin İrana hücumuna reaksiya verib.
İsrailin İrana hücumundan dərin narahat olduğunu ifadə edən Xarici İşlər Nazirliyi regionun təhlükəsizliyi və sabitliyinə təhlükə yaradan hərəkətləri pislədiyini, bölgəni və dünyanı təhdid edən hərəkətlərə qarşı sərt xəbərdarlıq etdiyini bildirib.
İranın Hava Hücumundan Müdafiə Qərargahı tərəfindən yayımlanan bəyanatda İsrailin Tehran, Xuzistan və İlam əyalətlərində bəzi hərbi məntəqələrə hücum etdiyi və hava hücumundan müdafiə sistemlərinin bu hücumları dəf etdiyi açıqlanıb.