IQNA

Türkiyə İsrailin İrana hücumunu pisləyib

10:30 - October 27, 2024
Xəbər sayı: 3496945
İQNA - Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib: "İsrailin İrana hücumunu ən sərt şəkildə qınayırıq".

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana hücumu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, "İsrailin İrana hücumunu ən şiddətli şəkildə qınayırıq. Qəzzada soyqırım törədən İsrail, İordan çayının qərb sahilini ilhaq etməyə hazırlaşan və Livanda hər gün dinc sakinləri qətlə yetirərək bölgəmizi daha böyük bir müharibənin astanasına gətirdi. İsrailin Bölgədə yaratdığı terrora son qoymaq beynəlxalq təhlükəsizlik və sülhün bərqərar olması baxımından tarixi bir vəzifəyə çevrildi". ifadələrindən istifadə edilmişdir.
Beynəlxalq ictimaiyyətin qanunların tətbiqi və İsrail Baş naziri Benyamin Netanyahu hökumətinin dayandırılması üçün ən qısa zamanda hərəkətə keçməyə çağırılan bəyanatda, "Türkiyə olaraq bölgəmizdə daha çox müharibə, zorakılıq və qanunsuzluq istəmədiyimizi dəfələrlə vurğulayırıq. Yaxın Şərqdə sülhün bərqərar olması üçün region ölkələrinin və qeyri-regional aktorların rasional və sağlam düşüncəyə sahib olması vacibdir" qiymətləndirməsi qeyd edilmişdir.

captcha