IQNA

Hindistan müsəlmanları bəzi tacirlərin müsəlmanları xaric etmək qərarına reaksiya verirlər

17:45 - October 29, 2024
Xəbər sayı: 3496959
İQNA – Bəzi hindli tacirlərin müsəlmanları xaric etmək və onlarla əməkdaşlıq edənlərə cərimə tətbiq etmək hərəkəti ölkədəki müsəlmanları qəzəbləndirib.

Uttarakhandın Çamoli şəhərindəki Ticarət Palatası bəzi müsəlman ailələrə qarşı tədbir görərək onlardan dekabrın 31-dən əvvəl əyaləti tərk etmələrini istəyib və bu, sosial şəbəkə istifadəçilərinin geniş etirazına səbəb olub.
Bu şəhərin bir qrup taciri kirayədə yaşayan 15 müsəlman ailəsindən dekabrın sonuna kimi yaşayış yerlərini tərk etmələrini istəyib. Göstərilən tarixə qədər təxliyyə etməyən ailələri əlavə tədbirlər görəcəkləri ilə hədələyiblər.
Müsəlman Birliyi Şurası partiyasının prezidenti Əsəduddin Uveysi X sosial şəbəkəsində paylaşıb ki,  "Çamoli şəhərində 15 müsəlman ailəsi boykot edilib. Bu şəhərin tacirləri bu müsəlmanların oranı tərk etmələrini istəyirlər. Camoli müsəlmanlarının bərabərlik və hörmət içində yaşamaq haqqı yoxdurmu?".
Bu ticarətçilər müsəlmanlara ev və ya dükan kirayə verən hər kəsi 10 min rupi (118 ABŞ dolları) cərimə ilə hədələyiblər. İctimai fəallar bu hərəkətin Hindistanın sosial quruluşunda boşluq yaradacağını deyirlər. Bu ailələr on illərdir bu şəhərdə yaşayırlar.
 “Times of India” qəzeti bu qərarın müsəlmanların “təxribatçı şüarlar” səsləndirdiyi mitinqdən sonra verildiyini iddia edərək, qərarın cinayət hadisələrinin qarşısını almaq üçün alındığını qeyd edib.
4243831

captcha