"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Qəzza İslam Universitetinin tibb bacısı fakültəsinin rəhbəri Əşrəf Əl-Cadi cümə axşamı “Nusirat” düşərgəsindəki qaçqın məktəbinin bombalanması nəticəsində şəhid olub.
Əşrəf əl-Cadi Qəzza zolağında ictimai səhiyyə sahəsində görkəmli elm xadimlərindən və elm adamlarından biri idi. Onun elmi fəaliyyətində bir sıra ərəb və xarici universitetlərdə sağlamlıq araşdırmalarını dəyərləndirmək, həmçinin Amerikanın "Near Sing Open" jurnalında araşdırmaları qiymətləndirmək var".
Şəhid Əl-Cadi tibb sahəsində fəaliyyəti ilə yanaşı, Qəzza zolağında sionist rejimin hücumundan əvvəl Qəzzada Qurani-kərim layihəsində “Səfvətul-Hüffaz” (yaxşı hafizlər) işində iştirak etmiş Quran hafizlərindən biri idi.
4244202