"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, MBC media kanalındakı mənbələr medianın xəbər direktoru Məsaid Əl-Səbatinin müqavimət liderlərini terrorçu kimi ittiham etdiyinə görə vəzifəsindən azad edildiyini açıqlayıb.
Sözügedən kanal 2000-ci ildən bəri şəhid olan İslam hərəkatının tanınmış liderləri haqqında "Minilliyin Terrorçularından Qurtuluş" adlı qalmaqallı xəbər dərc edib.
Bu medianın xəbər əməkdaşı öz açıqlamasında bu məsələyə görə məsuliyyətin ona aid olduğunu bildirib.
Bu xəbər bir çox müzakirələrə səbəb oldu və İraqın Media və Rabitə İdarəsi bu ölkədə bu kanalın lisenziyasını ləğv etdi.
Bu Səudiyyə mediası Yəhya Sinvarı “Xan Yunisin qəssabı” kimi qələmə verib və “dünya ondan xilas olub” yazıb.
Həmas hərəkatı da bəyanat yayaraq xəbəri pisləyib və MBC media kanalından bu qeyri-peşəkar xəbəri silməklə üzr istəməsini tələb edib.
Eynilə, Fələstin İslami Müqaviməti də bu medianın işğalçıların gündəminə uyğun olan və sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətləri nəzərə almayan yanaşmasının islah edilməsini tələb edib.
4244899