Livan Hizbullah Hərəkatı İsrail rejiminin Livana hücumlarına qarşı müqavimətin fasiləsiz davam etdiyini və işğal altındakı Fələstinin daxili bölgələrinə qədər uzanan qarşıdurma bölgələrində rejim ordusunun zabit və əsgər baxımından ağır itkilər verdiyini təsdiqləyib.
Livan müqaviməti bəyanatında, quru hücumunun başlanmasından bəri zabitlər də daxil olmaqla 95 İsrail əsgərinin öldürüldüyünü və 900-nün yaralandığını təsdiqləyib.
İsrailin sərhəddə ümumi itkiləri
Müqavimət qüvvələri tərəfindən müşahidə edilən və əməliyyat otağının sahə xülasəsində bildirilən ümumi İsrail itkiləri aşağıdakı kimidir:
- 95-dən çox ölüb, 900-dən çox zabit və əsgər yaralanıb.
- 42 Merkava tankı, 4 hərbi buldozer, 2 Hummer maşını, bir zirehli maşın və bir hərbi gəmi məhv edilib.
- Üç Hermes 450 pilotsuz uçuş aparatının və iki Hermes 900 pilotsuz uçuş aparatının vurulması.
Bu itkilərə düşmənin hərbi bazalarına, mövqelərinə, kazarmalarına, yaşayış məntəqələrinə və işğal olunmuş şəhərlərinə dəyən ziyan daxil deyil.