İstanbulun Haydarpaşa limanına yanaşan Almaniya bayraqlı “Katrin” gəmisinə bir qrup basqın edib.
Əllərində Fələstin bayraqları tutan qrup, gəminin işğal olunmuş ərazilərə silah və partlayıcı maddələr daşıdığını bildirib.
Gəmini tərk etməyəcəklərini deyən etirazçılar təkbir (Allahu əkbər) deyib, “Məhv olsun İsrail”, “Kahrin Ketrin, Türkiyədən get” kimi şüarlar səsləndiriblər.