Mint Mirror xəbər verir ki, Somali qadın milli komandasının keçmiş kapitanı və idmanda müsəlman qadınların müdafiəçisi olan 24 yaşlı İsmayıl, bazar günü United Dragons FC-də fasilədə meydana çıxmağa hazırlaşırdı. Lakin o, oyuna girməzdən əvvəl matçın hakimi ona liqada şortik tələbinin olduğunu və bu qaydaya əməl etmədiyi təqdirdə oynaya bilməyəcəyini bildirdi.
FA, London Qadın Futbol Liqasında (GLWFL) uzun idman paltarı geyindiyi üçün oynanılan matçdan kənarlaşdırılan Somali əsilli britaniyalı futbolçu İqrə İsmayıldan üzr istəyib.
İqrə İsmail liqada keçirdiyi 5 il ərzində heç bir problem yaşamadan inanclarına uyğun idman paltarı geyindiyini ifadə edərək, "inanclarıma görə oynaya bilməyəcəyimi söyləmələri çox üzücü idi. Bu, sadəcə paltardan daha çox şeydir. Bu, aidiyyət və hörmət hissi ilə bağlıdır" dedi.
Buna cavab olaraq, FA, dini inanclara hörmət etmək əzmini vurğulayaraq üzrxahlıq etdi və oyunçuların dini inanclarına hörmət edən paltar geyinməsinə icazə verilməli olduğunu bildirdi.
FA sözçüsü bu ilin əvvəlində məmurların oyunçuların iman əsaslı geyimlərini qəbul etməsi üçün əyalət FA-larına verilən təlimatlara işarə eədrək dedi: "Biz bütün səviyyələrdə ümumi siyasətlərə əməl olunmasını təmin etmək üçün London Qadın Futbolu Assosiasiyası ilə fəal şəkildə çalışırıq".
İqrə İsmail həyatını futbolda təhlükəsiz və əhatəli məkanlar yaratmağa həsr edib və bu hadisənin idman təşkilatlarında daha böyük dəyişikliklərə səbəb olacağına ümid edir.
Futbolçu kimi rolundan əlavə, İsmayıl müsəlman qadınların futbolda iştirakını təşviq etmək və idmanda inklüziv təcrübələri təbliğ etmək məqsədi daşıyan Hilltop FC klubunu təsis edib.
“Qadınların inanc və idman arasında seçim etməli olduqlarını hiss etmələri uğursuz strukturun əlamətidir. “Bizə təkcə inklüzivliyi deyil, həm də bunu praktikada əks etdirən siyasətlər lazımdır” dedi.
İsmayılın həm meydanda, həm də meydandan kənarda bu boşluqları doldurmaq üçün göstərdiyi səylər böyük diqqət və dəstək aldı.
4245419