IQNA

İndoneziyada Quranın “Siribon” dilinə tərcüməsi başa çatıb

7:59 - November 06, 2024
Xəbər sayı: 3497005
İQNA - İndoneziyanın Dini İşlər Nazirliyi Kemenaq və Sibir Şeyx Narova İslam Dövlət Universiteti (UIN) Siribunda Quran tərcüməsi layihəsinin tamamlandığını bildirib.

"Voi.id"-in verdiyi xəbərə görə, Siribun Yava adasının və Qərbi Yava əyalətinin şimalında yerləşir və dünyanın ən böyük ada ölkəsi olan İndoneziyanın sahilyanı şəhərlərindən biridir.
Quranın Siribun yerli dilinə tərcüməsi layihəsinin rəhbəri Əhməd Yani bildirib ki, tərcümənin məqsədi bu dildə danışanlar arasında Quranın daha yaxşı başa düşülməsini təmin etməkdir.
Əhməd Yani yerli dillərdən istifadənin insanların Quranı anlamasını asanlaşdıracağını və bu bölgənin mədəni simvolu olan Siribun dilini qoruyub saxlamağa kömək edəcəyini də bildirib.
Layihə rəhbəri qeyd edib ki, Qurani-Kərimin bu dilə tərcüməsi bölgə əhalisinin dini kimliyini göstərir.
Bildirib ki, layihə 2020-ci ildə tərcümə qrupunun yaradılması ilə başlayıb.
O, bildirib ki, tərcümə heyətinə Quran mütəxəssisləri ilə yanaşı, Siribun bölgəsindəki akademiklər və dini sahələr üzrə tədqiqatçılar da daxildir.
Tərcümənin 300 nüsxəsi hazırlanaraq paylanılacağını bildirən Əhməd Yani tərcümənin rəqəmsal mühitdə inkişaf etdirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
İndoneziya Dini İşlər Nazirliyinin Araşdırma Mərkəzinin rəhbəri Məhəmməd İsam da tərcümə qrupunun səylərini yüksək qiymətləndirib.
O, həmçinin izah edib ki, Qurani-Kərimin rəqəmsallaşdırılması planına daxil edilmiş 10 yerli dildən biri olaraq tərcümənin məqsədi bu dili qorumaq və yox olmasının qarşısını almaqdır.
4245310

Teqlər: quran ، tərcümə ، indenoziya ، dil
captcha