"Arab News saytının verdiyi məlumata görə, 12-ci əsrdə tikilmiş Böyük Nuri məscidi 2014-cü ilin iyununda İŞİD şəhəri ələ keçirərkən təşkilatın lideri Əbu Bəkr Bağdadinin qondarma xilafətini elan etdiyi yer kimi tanınır.
YUNESKO İŞİD tərəfindən dağıdılandan 7 il sonra yenidən inşa edilən bu məscidin minarəsi ilə bağlı video paylaşıb.
Videoda Mosul məscidinin minarəsinin tamamlanmasını əks etdirən havadan görüntülər yer alıb.
UNESCO X sosial platformasında bir daha nümayiş olunan Hadba minarəsinə baxın. “Tezliklə bu tarixi məscid və onun donqar minarələri şəhərdə öz əsl yerini alacaq”, - deyə paylaşıb.
YUNESKO bu məscidin və onun 51 metrlik minarəsinin bərpasının dekabr ayına kimi başa çatdırılacağını açıqlayıb.
Nuri məscidi adını xristian səlibçi qüvvələrinə qarşı cihad elan etməklə tanınan Nurəddin Mahmud Zəngidən götürüb. Dağılmış bu məscid 1942-ci ildə yenidən tikilmişdir. Məscid 2017-ci ildə İŞİD tərəfindən dağıdılıb.
YUNESKO 2019-cu ildən bəri bu məscidin bərpası üçün 100 milyon dollara yaxın vəsait toplayıb ki, bunun da yarısı Birləşmiş Ərəb Əmirlikləri tərəfindən verilib.
Mosul şəhərinə həyat verməyi hədəfləyən layihə iki kilsənin və digər tarixi yerlərin bərpasını da əhatə edir.
4245668