İQNA - Hollandiyanın paytaxtı Amsterdamda keçirilən UEFA Avropa Liqasının "Ayaks" və "Makkabi Təl-Əviv" oyunu israilli azarkeşlərin Fələstin tərəfdarlarına qarşı hücumları və təxribatları ilə yadda qalıb. “Makkabi Tel-Əviv” azarkeşləri Amsterdamda polisin himayəsi altında şüarlar səsləndiriblər.

Amsterdamda oynanılan Ayaks-Makkabi Təl-Əviv matçından əvvəl polisin himayəsində olan "Makkabi Tel-Əviv" azarkeşlərinin sözlü hücumları və şüarları böyük əks-səda doğurub.
Sosial mediada paylaşılan görüntülərdə pərəstişkarlarının “Qəzzədə uşaq qalmadığı üçün məktəb yoxdur”, “İsrail ordusu ərəbləri bitirəcək” kimi ifadələrlə təxribat xarakterli şüarlar səsləndirdiyi görülüb.