"Middle eastmonitor" saytının verdiyi məlumata görə, Amanda Nəcibin yazdığı kitab Londonda keçirilən "2024 Fələstin Kitab Mükafatları" festivalında mükafat alan ilk uşaq kitabıdır.
Mükafatını qəbul edərkən Amanda Nəqib bildirib ki, Fələstin xalqının hekayələri təkcə müqavimətin sübutu kimi deyil, həm də Fələstinin varlığının bayramı kimi ciddi qəbul edilməlidir.
O, bu mükafatı Qəzza övladlarına və azad vətən arzusunda olan bütün fələstinli uşaqlara təqdim edib.
Mükafatlandırma mərasimində seçilmiş əsərlərin müəllifləri kitabları ilə bağlı sualları cavablandırıblar.
İştirakçılara kitab almaq və müəlliflərindən avtoqraf almaq imkanı da verilib.
Bu il münsiflər heyəti tərəfindən qiymətləndirilmək üçün festivala 50 kitab göndərilib.
Fələstinli həkim və yazıçı Qədə Kərimi Fələstinin alovunu yaşadan hər kəsə təşəkkür edərək, Fələstin tarixinin çox qaranlıq bir dönəmində qarşılaşdıqlarını bildirib.
4247114