“Rasha Today”in verdiyi məlumata görə, Moskva İslam dünyasının ən böyük mədəni və dini tədbirlərindən biri hesab edilən və noyabrın 6-8-də keçirilən Beynəlxalq Quran yarışına ev sahibliyi edib.
Rusiya Federasiyası Müsəlmanlarının Dini İşlər İdarəsinin Qətərin Vəqflər və Diyanət İşləri Nazirliyinin iştirakı ilə təşkil etdiyi müsabiqədə dünyanın 30-dan çox ölkəsindən olan iştirakçılar əzbərləmək üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışda ilk üç yeri Liviya, Qətər və Yəmən təmsilçiləri tutublar. İran təmsilçiləri vəsiqə qazana bilməyiblər.
Mərasim İslam dünyasının məşhur natiqlərindən olan Şeyx Əbdül-Rəşid Əli Sufinin Qurani-Kərim ayələrinin oxunması ilə başlayıb.
Daha sonra Təşkilat Komitəsinin sədri müfti Ruşen Abbasov, Qətərin Rusiyadakı səfiri Əhməd Nasser Əl-Sani və Qətər Dini İşlər Nazirliyinin nümayəndələri çıxış ediblər.
Moskva müftisi Abbasov Qətərlə birgə təşkil olunan yarışa görə təşəkkür edib. Bundan əlavə, o, iştirakçıları və İslam və Quran sənəti ilə maraqlananları “Quran xəzinələri” adlı mənəvi sərgini ziyarət etməyə dəvət edib.
Sonda, Moskva müftisi qətərli tərəfdaşlar Əhməd Nasser Əl-Sani və Şeyx Əl-Cabirə bu mənəvi tədbirdə həmkarlıq etdiklərinə görə təşəkkür edib, həmçinin dini və mədəni maarifləndirmə sahəsində göstərdikləri səylərə görə təşkilatçılara öz təşəkkürünü bildirib.
4247289