IQNA

Hizbullahın media üzrə məsul şəxsi şəhid olub

1:05 - November 18, 2024
Xəbər sayı: 3497077
İQNA – Hizbullahın mətbuat katibi Məhəmməd Əfif İsrailin hücumu nəticəsində şəhid olub.

"Əl-Məyadin" saytının verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrutun çox əhalinin yaşadığı bir bölgəyə İsrailin hücumu nəticəsində Hizbullahın media ilə əlaqələr üzrə məsul şəxsi Məhəmməd Əfif həyatını itirib.
İsrail raketi bombardmanlardan qaçan bir çox insanın sığındığı Rəsun-Nəbə məhəlləsinə düşüb. Təhlükəsizlik mənbələri hücumun Bəəs Partiyasının ofislərinin yerləşdiyi binanın hədəf alındığını bildirib.
Livandakı Bəəs Partiyasının lideri Əli Hicazi verdiyi açıqlamada Əfifin hücum zamanı binada olduğunu bildirib.
Reuters xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Məhəmməd Əfif Beyrutda sionist rejimin həyata keçirdiyi hücumda şəhid edilib.
Lakin Livan Hizbullahı bu xəbəri təsdiqləməyib.
Livan Səhiyyə Nazirliyi hücumda 1 nəfərin şəhid olduğunu, 3 nəfərin yaralandığını açıqlayıb. Hadisə yerinə təcili yardım maşınları göndərilib
4248770

Teqlər: livan ، hizbullah ، media ، şəhid
captcha