IQNA

Nepalda ikinci milli Quran müsabiqəsinin keçirilməsi

10:19 - November 26, 2024
Xəbər sayı: 3497125
İQNA - İkinci milli Quran hifzi müsabiqəsi 2024-cü il dekabrın 21 və 22-də Nepalın paytaxtı Katmanduda keçiriləcək.

"İQNA"-nın Səudiyyə Ərəbistanının “Əl Mənatiq” qəzetinə istinadən verdiyi məlumata görə, Nepal İslam Komissarlığı Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bu yarışları təşkil edəcək və Səudiyyə Ərəbistanının Nepaldakı səfirliyi buna nəzarət edəcək.

Nepalın müxtəlif əyalət və bölgələrindən 400-dən çox kişi və qadın təmsilçi ilkin mərhələdə iştirak edəcək. Bu yarışma Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyinin planlarına uyğun olaraq Qurana xidmət və bu müqəddəs kitabın dünya müsəlman uşaqları arasında mövqeyini gücləndirmək məqsədilə keçiriləcək.

Quran hifzi yarışlarının bağlanış mərasimi və qaliblərin arasında mükafatların paylanması 23 dekabr 2024-cü il (çərşənbə axşamı) keçiriləcək və Nepalın bir sıra rəsmiləri, mərkəz və məktəb rəhbərləri bu mərasimdə iştirak edəcəklər.

Təxminən 143 min 181 kvadrat kilometr ərazisi olan Nepal, Himalay dağlarının böyük bir hissəsini təşkil etdiyi Cənubi Asiyada dağlıq bir ölkədir. Dünyanın ən hündür zirvəsi olan Everest bu ölkədə yerləşir.

Hindistan və Çin arasında yerləşdiyinə görə Nepal irqi və mədəni baxımdan bu iki ölkənin birləşməsidir.

Nepal müsəlmanları ümumiyyətlə Katmandudan 500 km aralıda yerləşən "Banke" bölgəsində, tarai adlı yerdə yaşayırlar. Amma Katmandudakı müsəlmanlar daha çox var-dövlətə və gücə malikdirlər.

4250092

Teqlər: nepal ، quran ، müsabiqə ، müsəlmanlar
captcha