IQNA

2:30 - November 27, 2024
Xəbər sayı: 3497136

Təl-Əviv Livanla atəşkəs bağlanmasını təsdiqləyib

İQNA – Ərəb KİV-lərinin verdiyi məlumata görə, sionist İsrailin döyüş kabineti Livanla atəşkəs bağlanmasını təsdiqləyib.

Təl-Əviv Livanla atəşkəs bağlanmasını təsdiqləyib

Ərəb mediasının verdiyi məlumata görə, sionist İsrailin hərbi kabineti Livanla atəşkəs bağlanmasını təsdiqləyib.

Livanın Əl-Cədid televiziyası ABŞ və Fransanın birgə bəyanatı ilə mümkün atəşkəsin elan ediləcəyini paylaşmışdı.

ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn Livanda atəşkəs əldə etmək üçün aparılan danışıqlar çərçivəsində keçən həftə Beyrut və Təl-Əvivə səfər edib.

Baydenin müşaviri Hochstein noyabrın 20-də Beyrutda verdiyi bəyanatda atəşkəs danışıqlarında irəliləyiş əldə edildiyini bildirmişdi.

captcha