IQNA

İraqdakı İslami Əlyazmalar Mərkəzi: Əl-Fəzl

1:54 - December 03, 2024
Xəbər sayı: 3497170
IQNA – Həzrət Abbas (ə) Türbəsi Əl-Fəzl Mərkəzində nadir və seçmə əlyazmaların bərpası üçün mütəxəssislərdən ibarət bir qrup təşkil edib.

"Əl-Kufeyl" veb saytı Həzrət Abbas Türbəsinin nadir əlyazmaların qorunub bərpa edilməsi ilə bağlı fəaliyyətlərini araşdıran bir hesabat yayımlayıb.

Kərbəlanın Əl-Fəzl Əlyazmalar Mərkəzində bir qrup mütəxəssis uzun müddət diqqətdən kənarda qalmış bəzi tarixi sənədləri bərpa etmək və yenidən canlandırmaq üzərində işləyir.

Texniki mütəxəssislərdən ibarət komanda əzmkarlıqla əsrlərdir itmə təhlükəsi ilə üzləşən Əhli-Beyt mirasından qalanları bərpa etməyə çalışır.

Əl-Fəzl Mərkəzi İraqdakı digər mərkəzlərlə müqayisədə daha müasir avadanlıqlarla təchiz olunduğu üçün bir neçə il ərzində minlərlə tarixi və mühüm əlyazmanı qoruyub bərpa etməyi bacarıb.

Əl-Fəzl Xətt Sənəti Mirasını Qoruma Mərkəzinin müdiri Leys Lütfi İslam mirasının və nadir əlyazmaların qorunmasına böyük əhəmiyyət verən Həzrət Abbas Türbəsinin bərpa işləri üçün inkişaf etmiş avadanlıqlar təqdim etdiyini bildirib.

O həmçinin qeyd edib ki, mütəxəssis və texniklər müasir avadanlıqlardan istifadə etməklə istehsalın həyata keçirildiyi Avropa ölkələrində kurs və seminarlar keçiblər.

Əl-Fəzl Mərkəzinin üç əsas bölmədən ibarət olduğunu deyən Leys Lütfi bunların bioloji laboratoriya, kimya laboratoriyası, bərpa və təmir bölməsi, incəsənət və bəzək işləri bölməsi və əlyazmalar xəzinəsindən ibarət müxtəlif bölmələr olduğunu bildirib.

Mərkəzin sədr müavini Əli Məhəmməd Casim mütəxəssis qrupun istifadə etdiyi avadanlıq və cihazların Almaniya, Polşa, Çexiya, Yaponiya və ABŞ-dan gətirildiyini qeyd edib.

Casim Əl-Fəzl Mərkəzinin, bu sahədə qabaqcıl ölkələrin mərkəzləri və universitetləri ilə əməkdaşlıq çərçivəsində köhnə əsərlərin və mədəni irsin qorunması üzrə təhsil məqsədilə bəzi əməkdaşlarını beynəlxalq təşkilatlara göndərdiyini bildirib.

 

Irak’taki İslami elyazmalar merkezi : El Fazl

 

O əlavə edib ki, komandada əlyazmaların bərpası üzrə yüksək ixtisaslı 22 mütəxəssis və texnik var. Onlar Çexiya və İran İslam Respublikası da daxil olmaqla müxtəlif ölkələrdə təlim və ixtisasartırma kurslarında iştirak ediblər.

Mərkəz 2018-ci ildə Misirdən əlyazmalar üzrə iki mütəxəssisi elmi təlim seminarları təşkil etmək üçün qəbul edib.

Bu seminarların və təlim kurslarının mərkəzdəki texniklərin bacarıqlarının inkişafına əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

 

Irak’taki İslami elyazmalar merkezi : El Fazl

 

Bundan əlavə, mərkəz kitabxana, universitet və dövlət qurumlarının əməkdaşları üçün tədris və təlim proqramları təşkil edib.

Əl-Fəzl Mərkəzi yeni komandanın təlimi məqsədilə İraqın Mədəniyyət və Qədim Əsərlər Nazirliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Əlyazmaların qorunması prosesi bioloji laboratoriyada başlayan bir sıra mürəkkəb prosesləri əhatə edir.

 

Irak’taki İslami elyazmalar merkezi : El Fazl

 

Əl-Fəzl Mərkəzinin sədr müavini Əli Məhəmməd Casim deyib: "Türbədə qiyməti ölçülə bilməyən çox nadir əlyazmalar mövcuddur. Bu əlyazmalar arasında İmam Səccada (ə) aid olduğu ehtimal edilən bir Quran nüsxəsi də var. Mütəxəssislərin fikrincə, bu Quran ceyran dərisi üzərinə yazılıb, 1200 ildən çox yaşı var və 16 səhifədən ibarətdir".

 

Irak’taki İslami elyazmalar merkezi : El Fazl

 

Əl-Fəzl Mərkəzində bərpa və təmiri həyata keçirilmiş qiymətli əlyazmaların bir qismi Həzrət Abbas Türbəsinə bağlı "Əl-Kufeyl" Muzeyində nümayiş etdirilib.

 

Irak’taki İslami elyazmalar merkezi : El Fazl

 

İraq tarixçisi Səid Zümeyzəm keçmiş İraq hökumətlərinin əlyazmaların qorunmasına laqeyd yanaşdığını və qalan qədim əlyazmaların bərpa edilərək yenidən düzəldilməsinin çox mühüm olduğunu bildirib.

İraq tarixçisi Kərbəlaya edilən hücumlar nəticəsində mədəni irsin bir qisminin məhv edildiyini və İmam Hüseyn (ə) ilə Həzrət Abbas (ə) Türbələrinin bu istiqamətdə dəyərli işlər gördüyünü, lakin İraq hökumətinin buna daha çox diqqət yetirməli olduğunu vurğulayıb.

 

Irak’taki İslami elyazmalar merkezi : El Fazl

Irak’taki İslami elyazmalar merkezi : El Fazl

4250834

Teqlər: əlyazmalar ، İraq ، quran ، müshəf
captcha