IQNA

Əbdül Basitin oğlu atasının Qurana olan məhəbbətindən danışdı

11:24 - December 03, 2024
Xəbər sayı: 3497173
İQNA – Məşhur misirli qarı Əbdül Basitin oğlu Tariq Əbdüssəməd müsahibəsində atasının əxlaqi davranışlarından danışıb.

"Əl Yəvmus-Sabi" saytının verdiyi xəbərə görə, Tariq Əbdüssəməd atasının vəfatının 36-cı ildönümündə verdiyi müsahibədə, onun qızıl səsi ilə İslam dünyası tarixində Quranın ən böyük qarilərindən biri kimi qəbul edildiyini deyib.

Əbdül Basit Əbdüssəməd 1927-ci ildə Misirin cənubunda yerləşən Əl-Məzaizə kəndində anadan olub. Atası və babası dindar insanlar olub.

Əbdül-Basit kəndində 10 yaşında ikən Quranı tamamilə əzbərləyib. O, 12 yaşında ikən Qiraət-i Səbəni, 14 yaşında isə Qiraəti Əşərəni öyrənib.

Tariq atasının 1966-cı ildə diplomatik nümayəndəlik olmadan Cənubi Afrikaya daxil olan ilk qarı olduğunu, daha sonra misirli qarilərin Cənubi Afrikadakı mövcudluğuna yol açdığını bildirib.

Bundan əlavə, Tariq Əbdüssəməd atasının Cənubi Afrikada qaldığı bir yarım ay ərzində azı 100 nəfərin müsəlman olduğunu və atasının bundan çox məmnun olduğunu qeyd edib.

Əbdül-Basitin oğlu olmağın ilahi bir lütf olduğunu, lakin bununla yanaşı böyük bir məsuliyyət də tələb etdiyini vurğulayıb.

Sonda Tariq bildirib ki, Əbdül-Basitin mirası təqva, Quran sevgisi və Vəhy Kəlamına olan ehtiramdan qaynaqlanan təlimləri ilə əməl etməkdən ibarətdir.

4251530

Teqlər: Əbdül-Basit ، quran ، qiraət ، qari
captcha