"İQNA"-nın "Gulf Times"-a istinadən verdiyi məlumata görə, müsabiqə çərşənbə günü yekunlaşdı və qaliblər mükafatlarını aldılar. Rits-Karlton otelində keçirilən bağlanış mərasimində Qətər Ovqaf və İslam İşləri naziri Ğanim ibn Şahin Əl-Ğanim müsabiqənin üç kateqoriyasında (Qətər vətəndaşları, xüsusi hafizlər və ümumi hafizlər) qalib gələn ilk beş nəfəri təltif etdi. O, çıxışında bildirib ki, bu müsabiqələr gənclərə Qurana bağlılığın həyat sevincinə, ruzi bolluğuna, yolun işıqlanmasına və insanda qabiliyyətlərin inkişafına səbəb olduğu mesajını çatdırır.
Müsabiqənin Təşkilat Komitəsinin sədri Malullah Əbdürrəhman Əl-Cabir bu müsabiqələrin 1993-cü ildən bəri keçirilən keçmişinə və Quran biliklərinin təbliği məqsədinə toxundu.
Təşkilatçılar bildiriblər ki, bu müsabiqələrin məqsədi iştirakçılar arasında Quranın qorunmasını, qiraətini, təfsirini təşviq etmək və rəqabət ruhunu gücləndirməkdir.
Bundan əvvəl Qətər Ovqaf və İslam İşləri Nazirliyi Şeyx Qasim ibn Məhəmməd ibn Sani Quran müsabiqələrində əsaslı dəyişikliklər barədə məlumat vermişdi. Dəyişikliklər qadınlar üçün xüsusi qiymətləndirmə və imtahan komitələrinin ayrılması, qaliblərin sayının iki dəfə artırılması və müsabiqənin pul mükafatlarının dəyərinin artırılmasını əhatə edir. Qaliblər üçün ümumi mükafat məbləği 4 milyon Qətər rialını keçib.
Şeyx Qasim Quran müsabiqəsinin Təşkilat Komitəsinin sədri Malullah Əbdürrəhman Əl-Cabir Nazirliyin müsabiqəni yeni formatda keçirmək qərarının bu yarışların məqsədlərinə nail olmaq üçün fəaliyyət dairəsini genişləndirmək və qərar qəbul etmək səlahiyyətlərini gücləndirdiyini qeyd edib.
Əl-Cabir bildirib ki, Quranın əhəmiyyəti və mövqeyi nəzərə alınaraq, Təşkilat Komitəsi müsabiqələrdə keyfiyyətli dəyişikliklərə, xüsusən də qadınlar və qızlar bölməsində diqqət yetirib. Buna görə də qadın və kişilər üçün müsabiqələrin təşkilat və qiymətləndirmə mərhələləri tamamilə ayrılıb və qadın iştirakçılar bütün mərhələlərdə qadın imtahan komitəsinin nəzarəti altında olublar.
Bundan əlavə, məktəb şagirdləri arasında Qurana sevgi və əxlaqi dəyərləri gücləndirmək məqsədilə “Rətil” adlı yeni bir bölmə yaradılıb. Bu müsabiqədə 800-dən çox kişi və qadın iştirak edib.
4252677