IQNA

İtaliyada Quran yarışması, Almaniyada Milad bazarına edilən hücumu qınadı

10:46 - December 26, 2024
Xəbər sayı: 3497311
İQNA – İtaliyada İtaliya İslam Konfederasiyası tərəfindən üçüncü milli Qurani-Kərim müsabiqəsi təşkil edilib.

“Ənfas Press” saytının verdiyi xəbərə görə, 21 dekabr şənbə günü yekun mərhələsi keçirilən milli Qurani-Kərim müsabiqəsinin iştirakçıları Almaniyanın Maqdeburq şəhərindəki Milad bazarına edilən terror hücumunu pisləyiblər.

Müsabiqədə Mərakeşin Milandakı baş konsulu, İtaliya İslam Konfederasiyasının rəhbəri, Avropa Mərakeş Alimləri Şurasının sədri, həmçinin İtaliyadan və xaricdən çoxsaylı İslami şəxsiyyətlər iştirak edib və çıxışlar ediblər.

Müsabiqənin təşkil edilməsindəki məqsədlər Qurani-Kərim tilavətlərini tanıtmaq, Quranı əzbərləməkdə rəqabət ruhunu yaymaq və yeni nəsil müsəlman uşaqlar arasında Qurani-Kərimin mövqeyini gücləndirməkdir.

İtaliya İslam Konfederasiyası (CII) ölkədəki İslami Cəmiyyətlər və Təşkilatlar Birliyi (UCOII) və İtaliyanın İslami dini cəmiyyəti ilə birlikdə bu ölkənin üç əsas sünni İslam təşkilatından biridir.

4255707

Teqlər: italiya ، quran ، müsabiqə ، almaniya
captcha