IQNA

İraq parlamentindən Quran hafizləri üçün dəstək proqramı

10:58 - December 31, 2024
Xəbər sayı: 3497349
İQNA – İraq parlamentinin sədri bu qurumun Qurani-Kərim qarilərinin hüquqlarını qorumaq məqsədi daşıyan qanun layihəsini parlamentə təqdim etməyi planlaşdırdığını bildirib.

"Əl-Sumeria" xəbər saytının verdiyi məlumata görə, parlament sədri Mahmud Əl-Məşhədani, minlərlə kişi və qadın Quran hafizinin şərəfinə təşkil edilən mərasimdə, ölkədəki hafizlərin dini və əxlaqi dəyərlərin qorunmasında mühüm rol oynadıqlarını və onların hüquqlarını qorumaq üçün qanun qəbul etmək istədiklərini bildirib.

Onun sözlərinə görə, elm və əməlin keşikçiləri olan hafizlər dürüstlük və alicənablıq nümunəsi kimi xidmət edirlər, çünki Quran ruhu qidalandırır və davranışı yaxşılaşdırır.

Əl-Məşhədani İraq parlamentinin Quran hafizlərinin hüquqlarını təmin edən xüsusi qanun qəbul etmək öhdəliyinə toxunub və onların İslam təlimləri və İslam əxlaqının təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Parlament sədri min Quran hafizinin buraxılış mərasimində Quran hafizlərinin etibar və qürur mənbəyi olduğunu bildirib.

Mərasimə qatılan İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudani iştirakçıları təbrik edərək, İraqda Quran əzbəri və dini dəyərləri təşviq etmək üçün başladılan “Hafiz Rəbbani” layihəsini yüksək qiymətləndirib.

Sonda qeyd etdi ki, bu layihə gənc nəsillərin Qurani-Kərimi öyrənməsinə şərait yaratmaq və ilahi kitabın qorunub saxlanmasına dəstək platforması yaratmaq məqsədi daşıyır.

4256979

Teqlər: İraq ، parlament ، quran ، hafizlər
captcha