"Arabnews" saytının verdiyi xəbərə görə, bu tərcümə eşitmə qüsurlu insanlara birbaşa Vəhy Kəlamı ilə ünsiyyət qurmağa imkan verir.
Bu tərcüməni 1978-ci ildə Ərbildə anadan olan İzzəddin Həmid edib. O, kar müəllim və tərcüməçi kimi fəaliyyətinin ona daha əlçatan Qurana ehtiyac olduğunu göstərdiyini vurğuladı.
Həmid müsahibəsində ərəb əlifbasından istifadə edərək eşitmə qüsurlu tələbələrə Quran öyrətməyin çətin olduğunu və onların Vəhy kəlamının sözlərini işarət dili olmadan başa düşmələrinin mümkün olmadığını bildirib.
Bu boşluğu doldurmaq istəyən Həmid iki il ərzində Quranın bütün surələrini işarət dilinə çevirdi.
Kürdüstan Regional Rəhbərliyinin (KRG) Vəqflər və Dini İşlər Nazirliyinin sözçüsü bildirib ki, Kürdüstan Bölgəsi Ali Fətva Komitəsi hərtərəfli araşdırmadan sonra tərcüməyə icazə verib.
Bundan əlavə, Nazirlik Həmidin əməyinin təqdirəlayiq olduğunu və eşitmə qüsurlu insanların Quran oxumasına yardımçı olmaq üçün mühüm addım olduğunu bildirib.
Bütün bu uğurlara baxmayaraq, bir çox eşitmə qüsurlu insanların savadsızlığı və standart kürdcə işarə dilinin olmaması kimi digər maneələrlə də üzləşir.
Kürdüstanda İnsan İnkişafı Təşkilatının təlimçisi Golzar Abdullah bildirib ki, eşitmə qüsurlu insanların mətnləri tam başa düşmələri müəllimlər ətraflı şərh etmədikcə çətindir.
4257063