IQNA

Şəhid Yəhya Sinvar 2024-cü ildə Ərəb Dünyasında İlin Şəxsiyyəti seçilib

1:25 - January 02, 2025
Xəbər sayı: 3497359
İQNA - Qəzza zolağında HƏMAS Hərəkatının keçmiş lideri Misirin Rasd kanalının sorğusunun nəticələrinə görə 2024-cü ilin ərəb şəxsiyyəti seçilib.

Şəhid Yəhya Sinvar 2024-cü ildə Rasd kanalının sorğusunda iştirak edənlərin 85%-nin səsini toplayaraq ərəb dünyasının ən nüfuzlu adamı seçilib.

Rasd kanalının 300 mindən çox izləyicisi bu sorğuda iştirak edib və 2024-cü illə bağlı 15 müxtəlif suala səs verib. HƏMAS Hərəkatı ötən oktyabrın 18-də Yəhya Sinvarın Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel Sultan məhəlləsinə artilleriya hücumu və işğalçı qüvvələrlə silahlı qarşıdurmada şəhid olduğunu açıqlayıb.

Şəhid Yəhya Sinvar İsrailin Fələstinin müqəddəs yerlərini pozmasına cavab olaraq 2023-cü il oktyabrın 7-də başlayan Əl-Əqsa Tufanı Əməliyyatının komandiri kimi tanınır.

Bu əməliyyat zamanı Qəzza ətrafındakı İsrail yaşayış məntəqələrinə hücumlar təşkil edilib. Əməliyyatdan sonra İsrail Qəzzaya qarşı dağıdıcı müharibəyə başladı və bu müharibə nəticəsində on minlərlə fələstinli şəhid oldu və ya yaralandı.

4257388

captcha