IQNA

İŞİD-in Həzrət Zeynəbin (s) hərəminə edilən terror hücumu uğursuz oldu

2:18 - January 12, 2025
Xəbər sayı: 3497413
İQNA - Suriya kəşfiyyatı, İŞİD terror təşkilatının Həzrət Zeynəbin (s) türbəsinə bomba qoymaq planının iflasa uğradığını elan etdi.

Suriya Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, Suriya Kəşfiyyat Xidmətindən bir mənbə bildirib ki, Baş Kəşfiyyat Təşkilatı Dəməşq çölündə Baş Təhlükəsizlik İdarəsi ilə əməkdaşlıq edərək  İŞİD-in Həzrət Zeynəbin (s) türbəsinə bomba qoymaq cəhdinin qarşısını aldığını açıqladı.

SANA-ya danışan mənbə bildirib ki, bu əməliyyat nəticəsində böyük cinayət cəhdi edərək Suriya xalqını hədəf almağı planlaşdıran 8 nəfər saxlanılıb.

SANA partlayış cəhdi ilə bağlı saxlanılan şübhəlilərin görüntülərini də yayıb.

Mənbə həmçinin “Suriya Baş Kəşfiyyat Xidməti olaraq Suriya xalqını hədəfə alan cəhdlərinin qarşısını almaq üçün bütün imkanlarımızı səfərbər edirik” deyib.

captcha