"Şahd Now" saytının verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Dini İşlər və Vəqflər Nazirliyinin Ər-Riyad ofisi yerli Sitrus meyvələri festivalı zamanı nazirliyin stendində ziyarətçilərə Mədinədə Kral Fəhd Quran mətbəəsi tərəfindən nəşr edilmiş müxtəlif ölçülərdə və rəvayətlərdə Quran paylayıb..
Çoxlu sayda dövlət və mülki məmurların və məhsullarını nümayiş etdirən bir qrup fermerin iştirakı ilə keçirilən festival cümə günü başa çatıb.
Nazirliyin stendində müxtəlif Quran-Kərimlər və onların bir çox dillərə tərcümələri nümayiş etdirilib. Bundan əlavə, Qurani-Kərimin sadə təfsirləri də ziyarətçilərə təqdim olunub.
Əl-Xariq əyaləti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan 200 km aralıda, Nəəm vadisində yerləşir.
4259448