"Əl-Kəfil" kanalının verdiyi xəbərə görə, Həzrət Abbasın (ə) hərəminə bağlı Nəcəf Quran Mərkəzinin direktoru Seyid Muhnəd Əl-Miyali bildirib ki, bu Quran yarışması Nəcəf hövzəsinin tələbələri üçün nəzərdə tutulub və məqsədi şagirdlərin Qurani-Kərimi mənimsəmələrini və anlamalarını artırmaqdır.
O, qeyd edib ki, seçmə mərhələdə 100 tələbə iştirak edib və onlardan 40-ı 10 İslam ölkəsindən seçilib.
Əl-Məyali iştirakçıların 5 cüz, 10 cüz və Quranı bütövlükdə əzbərləmək, həmçinin Quranda araşdırmalar daxil olmaqla müxtəlif kateqoriyalar üzrə yarışdıqlarını bildirib.
O, həmçinin bildirib ki, müsabiqə Nəcəf hövzəsinin şagirdlərinə Qurani-Kərimi anlama, təfəkkür və təfsir yolu ilə biliklərini artırmaq, qiraət və təcvid bacarıqlarını gücləndirmək imkanı verib.
4260529