Xorasan Rəzəvinin Vəqflər və Xeyriyyə İşləri üzrə Baş direktoru Höccətül-islam vəl-müslimin Məhəmməd Əhmədzadə Xorasan Rəzəvidən "İQNA"-ya verdiyi müsahibədə beynəlxalq səviyyədə Quran yarışlarının keçirilməsinin İslam ölkələri arasında mədəni mübadilə və Quran diplomatiyasının qurulması üçün platforma təmin edə biləcəyi ilə bağlı bildirdi: "Quran yarışlarının keçirilməsində şüarımız: Bir kitab, bir ümmətdir. Bu şüarın mənasına toxunaraq demək lazımdır ki, İslam cəmiyyətlərində bizim xəbərsiz olduğumuz bir çox ortaq cəhətlərimiz var və o mühüm ortaq cəhətlərdən biri də Qurani-Kərimin varlığıdır".
O, sözünə belə davam etdi: "Beynəlxalq səviyyədə bu yarışların keçirilməsi imkanı İslam cəmiyyətləri arasında yaxınlaşma və koordinasiyanı yaxşı bir insan həyatı üçün resept təqdim edən fundamental və insan quruculuğu mərkəzinə yönəldir. Həmçinin birliyimiz olan bu mərkəzə daha çox diqqət yetirilməlidir və bunu vurğulamaq və diqqət yetirməyin yollarından biri də bu Quran yarışlarının keçirilməsidir".
Xorasan Rəzəvinin Vəqflər və Xeyriyyə İşləri Baş direktoru əlavə edib: "İran İslam Respublikasının Beynəlxalq Qurani-Kərim yarışması beynəlxalq səviyyədə keçirilən ən görkəmli yarışlardan biridir və müxtəlif ölkələrin İmam Rzanın (ə) müqəddəs hərəminin yanında Qurani-Kərimə diqqət yetirmək imkanı İslam Respublikasının mədəniyyət və Quran diplomatiyasında güclü qol olacaq".
Əhmədzadə deyib: "Bu yarışmanın əvvəlki yarışlardan fərqləndirici xüsusiyyəti Quranın Əhli-Beytlə (ə) bir yerdə olması və beynəlxalq Quran yarışının İmam Rzanın (ə) hüzurunda keçirilməsidir ki, bu da bu yarışmanın fərqli xüsusiyyətidir".
4260986