"Gnews" saytının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında zəvvarlar üçün ağıllı obyektlərin idarə edilməsi proqramları və qabaqcıl texnologiya sensorlarından istifadə etməklə yeni təşəbbüs başlanıb.
Razılaşmaya əsasən, tərəflər məlumat və süni intellekt sahəsində əməkdaşlığı düşərgələr, seminarlar və konfranslar vasitəsilə genişləndirməyi öhdələrinə götürürlər.
Bundan əlavə, Həcc və Ümrə Nazirliyinin əməkdaşları üçün data və süni intellekt sahəsində xüsusi təlim proqramları təşkil olunacaq.
Müqavilə Ciddədə keçirilən Həcc konfransı çərçivəsində imzalanıb və məlumatların və süni intellektin faydalarını maksimum dərəcədə artırmaq məqsədi daşıyır.
Dünyanın hər yerindən milyonlarla müsəlman hər il Həcc və ya Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına səfər edir. Ötən il Məkkə və ətraf ərazilərdə təqribən 1,8 milyon zəvvar Həcc ziyarətini yerinə yetirib, onlardan 1,6 milyonu xaricdən olub. Qarşıdan gələn Həcc mövsümünə hazırlıq gedir.
4260691