IQNA

Dövlət rəsmiləri və İslam ölkələrinin səfirlərinin İslam İnqilabının Ali Rəhbəri ilə görüşü

Məbəs davamlı və əbədi bir prosesdir

3:57 - January 29, 2025
Xəbər sayı: 3497522
İQNA - Məhəmməd Peyğəmbərin (s) məbəs bayramı ilə eyni zamanda İslam ölkələrindən olan bir qrup nümayəndə və səfir İnqilabın Ali Rəhbəri ilə görüşüb. Ali Rəhbər bu məclisdə deyib: "Besət prosesi davamlı və əbədi bir prosesdir və onun bərəkətlərindən bütün dövrlərdə istifadə etmək olar".

"İQNA"-nın Ayətullah Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsinin informasiya saytına istinadən verdiyi məlumata görə, sonuncu Peyğəmbər Məhəmməd Mustafanın (s) müqəddəs məbəs bayramı münasibəti ilə dövlətin rəsmiləri və məsul şəxsləri, İslam ölkələrinin səfirləri və nümayəndələri, müxtəlif təbəqələrdən olan bir qrup insan İslam İnqilabının Rəhbəri ilə görüşüb.

İslam İnqilabının Rəhbəri bu görüşdə iştirak edənləri, bütün İran xalqı, bütün böyük İslam ümməti, bütün azadlıqsevər və azad insanları məbəs bayramı münasibətilə təbrik edərək, dedi: "Həzrət Peyğəmbərin (s) besəti, həqiqətən, dünyanın azad insanları üçün bayramdır".

O əlavə edib: "Bu il məbəs bayramı inqqilabın qələbəsi baş vermiş Bəhmən ayı bayramına təsadüf edir. Bəhmən ayı hərəkatı, İslam İnqilabı hərəkatı, bizim həyata keçirdiyimiz hərəkat və bu hərəkatın banisinin niyyəti Peyğəmbərə (s) tabeçilik etmək idi. Ümid edirik ki, o, inşallah bu yolda davam edəcək və öz yolu ilə irəliləyəcək".

O, besətin varlıq aləmində və bəşər tarixində ən mübarək və ən böyük hadisələrdən biri olduğunu, yəni sıradan bir hadisə olmadığını, bəşəriyyət tarixində ən böyük hadisələrdən biri olduğunu vurğulayaraq dedi: Böyük hadisələr müxtəlif sahələrdə, fərdi və ictimai bir çox funksiyaları yerinə yetirir, lakin böyük hadisələrin ən mühüm və bəlkə də ən vacib funksiyalarından biri deyə bilərik ki, dinləyicidə intellektual və qavrayış dəyişikliyi yaratmaqdır".

İnqilab Rəhbəri bu müqavimət hərəkatı və cərəyanının həmin besətin bir ifadəsi olduğunu bildirdi və dedi: "İslami İranda başlayan müqavimət müsəlman xalqları oyandırdı. Bəzi müsəlman xalqlarını səhnəyə çıxartdı, ümumən müsəlman xalqlarını oyandırdı və bir çox qeyri-müsəlmanların vicdanını oyandırdı. Hakimiyyət sistemi tanındı və tanıtdırıldı. Onlar hakimiyyət sistemini tanımırdılar, bir çox xalqlar tanımırdı".

O əlavə etdi: "Qəzzəyə baxın. Kiçik, məhdud bir bölgə olan Qəzza dişinə qədər silahlanmış və ABŞ tərəfindən tam dəstəklənən sionist rejimini diz çökdürdü. Bu zarafat deyil. Müqavimətin mahiyyəti budur. Bu iman və ağıldır. Bu Quran ayələrinin qiraətidir. Bu, Allaha bağlılıqdır. Bu, “bütün izzət Allaha məxsusdur” ayəsinə imandır".

Ayətullah Xamenei deyib: "Baçıuca Hizbullah, Seyid Həsən Nəsrullah kimi bir şəxsiyyəti itirir. Bu zarafat deyil. Dünyada Seyid Həsən Nəsrullah, Allah ondan razı olsun, bu böyük şəhid kimi nə qədər böyük və qüdrətli şəxsiyyətlərimiz var? Hizbullah, belə bir şəxsiyyəti itirdi. Dostlar və düşmənlər Hizbullahın bitdiyini düşünürdülər. Hizbullah göstərdi ki, nəinki bitmədi, hətta bəzi hallarda motivasiyası artdı və sionist rejim qarşısında dayana bildi".

4262332

captcha