“Akaz” qəzetinin verdiyi məlumata görə, “Cazan Qışı 2025” kimi tanınan bu sərgi yerli hakimiyyət orqanlarının və Səudiyyə Ərəbistanının Dini İşlər və İrşad Nazirliyinin baş direktorunun iştirakı ilə başlayıb və yeddi gün davam edəcək.
Rəşid Mul Ticarət Mərkəzində keçirilən sərgidə Qurani-Kərimə xidmət üçün yeni alətlər və texnologiyalar, Quranın çapının mərhələləri ictimaiyyətə təqdim edilib.
Səudiyyə Ərəbistanının müxtəlif ölkələrdə Qurani-Kərimin çapı və nəşri üçün göstərdiyi səylər Cazan Quran Sərgisinin təşkilinin məqsədlərindən biri kimi açıqlanıb.
4262161