IQNA

İndoneziya Beynəlxalq Quran Müsabiqəsinin qaliblərinin mükafatlandırılması

18:11 - February 02, 2025
Xəbər sayı: 3497544
İQNA – Mərasimdə İndoneziyada keçirilən dördüncü Beynəlxalq Qurani-Kərim müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıb.

"İQNA"-nın "Entre News"-a istinadən verdiyi məlumata görə, dördüncüsü keçirilən İndoneziya Beynəlxalq Quran Yarışması (MTQ) ən yaxşı qari və hafizlərə mükafatların verilməsi ilə başa çatıb.

Yarış Asiya, Yaxın Şərq, Afrika, Avropa və Amerikanın 38 ölkəsindən 60 idmançının iştirakı ilə yanvarın 29-dan fevralın 1-dək Cakartada keçirilib.

Quran tilavəti kateqoriyasında kişilər arasında indoneziyalı İmran Əl-Kərim birinci yerə layiq görülüb. İkinci yerdə Əfqanıstandan olan Seyid Ruhullah Haşimi, üçüncü yerdə isə suriyalı Əhməd Safi Əbu Ömər Əl-Hələbi qərarlaşıb.

Qadınlar arasında qiraət kateqoriyasında indoneziyalı Diana Əbdul Cabbar birinci yeri tutub. Filippinli Sabah Pato Salek ikinci, sinqapurlu Ətiqə Bint Sahimi isə üçüncü olub.

Quran əzbərləmə kateqoriyasında kişilər bölümündə indoneziyalı Yasin Əl-Bərr birinci yerə layiq görülüb. Liviyalı İmad Mustafa Hassan Əl-Dabati ikinci, rusiyalı Ələməddin Fəxrəddinov isə üçüncü olub.

Qadınların Quranı əzbərləmə kateqoriyasında indoneziyalı Nəfisə Əl-Məllah da birinci olub. İkinci yerdə keniyalı Mona Əbdi-fitr Abdifərəh, üçüncü yerdə isə hindistanlı Aysəfə İzzuh qərarlaşıb.

Təşkilatçıların verdiyi məlumatına görə, 2023-cü ilin sonunda keçirilən ilkin mərhələdə 187-dən çox ölkə iştirak edib.

Builki müsabiqənin şüarı "Qlobal Harmoniya üçün Quran, Ətraf Mühit və Bəşəriyyət" olub. Həmçinin onun məqsədi qlobal birgəyaşayışın vacibliyini vurğulamaq, Quranın ətraf mühitə qayğı ilə bağlı təlimlərini və insani dəyərləri izah etmək olub.

Üçüncü dəfə keçirilən bu müsabiqə 2015-ci ildə keçirilib və İranın Quranı bütövlükdə əzbərləmək sahəsində təmsilçisi Mahmud Noruzi birinci yerə layiq görülüb. Həmçinin həmin müsabiqədə Cavad Süleymani qiraət kateqoriyasında üçüncü yeri qazanıb.

4263384

captcha