IQNA

Misirdə keçirilən Port-Səid Beynəlxalq Quran Müsabiqəsinin qalibləri bəlli olub

2:49 - February 06, 2025
Xəbər sayı: 3497568
İQNA - Bazar ertəsi, fevralın 3-də Port Səid Mədəniyyət Mərkəzində keçirilən bağlanış mərasimində 8-ci Beynəlxalq Quran və Dini Tərcümə Port-Səid müsabiqəsinin qalibləri elan edilib.

"Əl-Bələd" saytının verdiyi məlumata görə, yarışda 33 ölkədən 40 idmançı iştirak edib və bağlanış mərasimi bazar ertəsi, fevralın 3-də keçirilib.

Quran əzbəri kateqoriyasında Liviyadan Əhməd Məhəmməd Əs-Sabir Əli birinci, Misirdən Omar Muhəmməd Hüseyin Əbdul-vahid və Yəməndən Həbib Əbdur-Rəhman Əhməd ikinci olub.

Təcvid Quran tilavəti kateqoriyasında ev sahibi ölkədən Xalid Ətiyyə Əbdül-Xaliq Sadiq birinci, Əfqanıstandan Seyid Əbdül-Rəşid Kazimi ikinci, Mərakeşdən Əbdül-Muqeyt Lazar üçüncü olub.

“Dini surud” kateqoriyasında misirli Əbdül-Rəhman Hüseyn Mustafa əl-Əsvani birinci, yəmənli Əmr Musa ikinci, suriyalı Talıb Fərzad üçüncü olub.

Qeyd edək ki, yanvarın 31-dən fevralın 3-dək Misirin Baş naziri Mustafa Madbulinin nəzarəti altında 8-ci Port Səid Beynəlxalq Quran və Dini Tərcümə Müsabiqəsi keçirilib.

4264001

captcha