İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullah və şəhid Haşim Səfiuddinin dəfn mərasimi ilə bağlı mesaj verib.
Dəfn mərasimində İnqilab Rəhbərinin mesajı onun İraqdakı nümayəndəsi Höccətül-İslam Seyid Müctəba Hüseyni tərəfindən oxunub.
Ayətullah Xameneinin mesajı belədir:
“Şərəf Allaha, Onun elçisinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilmirlər”.
Bölgədəki müqavimətin öncüsü və böyük döyüşçü Seyid Həsən Nəsrullah (Allah onun məqamını yüksəltsin) bu gün şöhrətinin zirvəsindədir. Onun pak vücudu Allah yolunda cihad torpağına tapşırılıb, lakin onun ruhu və yolu, inşallah, hər keçən gün daha da yüksələcək və onun yolu ilə gedənlərə hidayət verəcəkdir.
Düşmən bilməlidir ki, qəsb, zülm və təkəbbürə qarşı müqavimət bitməyəcək və Allahın izni ilə məqsədə çatana qədər davam edəcək.
Seyid Haşim Səfiyuddinin (Allah ona rəhmət etsin) adı və nurlu siması bu bölgənin tarixində parlaq ulduzlardandır. O, Livandakı müqavimət rəhbərliyinin tərkib hissəsi və onun ən yaxın dəstəkçisi idi.
Allahın salamı və bərəkəti və saleh bəndələrinin duaları bu iki şərəfli döyüşçünün, yenicə şəhadətə çatmış igid və fədakar döyüşçülərin və bütün İslam şəhidlərinin üzərinə olsun. Sizə, əziz balalarım, Livanın igid gənclərinə xüsusi salamlarımı çatdırıram...”