IQNA

Ümrə zəvvarları Mədinə Quran Çap Kompleksini ziyarət ediblər

4:23 - March 04, 2025
Xəbər sayı: 3497724
İQNA – 14 ölkədən ümrə zəvvarlarından ibarət bir qrup Mədinədə Kral Fəhd Quran Çap və Nəşriyyat Kompleksini ziyarət edib.

"Msn.com"-un verdiyi məlumata görə, bu ümrə qrupunun səfəri Ramazan ayının ilk günündə baş tutub və Ümrə zəvvarlarının Mədinədə qalması zamanı Səudiyyə Ərəbistanının Dini İşlər, Təbliğ və İrşad Nazirliyinin həyata keçirdiyi mədəni proqramın bir hissəsidir.

Cənubi Asiya, Orta Asiya, Avstraliya qitəsi (Sakit okean), Hindistan, Pakistan, Banqladeş, Türkiyə, Şri-Lanka, Nepal, Maldiv adaları, Qazaxıstan, Tacikistan, Gürcüstan, Avstraliya, Yeni Zelandiya və Rusiyadan olan 250 kişi və qadın Ümrə zəvvarları Kral Fəhd Çap Kompleksində olub, Qurani-Kərimin çap prosesi və müasir alətlərdən istifadə qaydaları haqqında məlumat alıblar.

Kompleks rəsmiləri ümrə zəvvarlarına Qurani-Kərimin müxtəlif dillərə tərcüməsi istiqamətində görülən işlər, onun yenidən işlənib çapa hazır olması barədə məlumat veriblər.

Proqramın sonunda Kral Fəhd Çap Mərkəzi Ümrə zəvvarlarına mərkəzdə çap olunmuş Quran nüsxələrini hədiyyə edib.

4269126

captcha