"İQNA"-nın "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, 97-ci Akademiya Mükafatlarında dörd İsrail və Fələstin kinorejissorunun birgə rejissorluğu ilə çəkilmiş “Başqa torpaq yoxdur” sənədli filmi “Ən yaxşı sənədli film” Oskarına layiq görülüb.
Bu film fələstinli fəalın öz icmasını İsrail ordusunun məhvindən qorumaq səylərindən bəhs edir və doğma şəhəri olan "Mosafir Yatta" kəndinin dağıdılmasını sənədləşdirən Bazel Adranın həyatını təsvir edir.
Sionist əsgərlər İordan çayının qərb sahilində yerləşən bu kəndi hərbi təlim zonası kimi istifadə etmək üçün dağıdıblar.
Basel Adranın sionist rejimə kəndlərini qorumaq üçün etdiyi yalvarışları, hekayəsini lentə almağa və film şəklində dünyaya göstərməyə kömək edən yəhudi israilli jurnalistlə dostluq edənə qədər nəticəsiz qalır.
Mükafatlandırma mərasimi zamanı Basel Adra israilli kinorejissor Yuval Abrahamla yanaşı tamaşaçılar qarşısında çıxış edib.
Bu arada İsrailin mədəniyyət və idman naziri Mickey Zohar filmin qalibiyyətini “kino dünyası üçün kədərli bir an” adlandırıb.
O, Twitter-dəki mesajında yazıb: "Bu filmin yaradıcıları İsrail reallığının mürəkkəbliklərini göstərmək əvəzinə beynəlxalq auditoriyaya İsrailin imicini təhrif edən rəvayətləri gücləndirməyə üstünlük verdilər. İfadə azadlığı mühüm dəyərdir, lakin İsraili ləkələmək və beynəlxalq təbliğat aparmaq üçün bu vasitədən istifadə etmək sənət deyil. Bu, xüsusilə 7 oktyabr hücumlarından sonra İsrail hökumətinə qarşı təxribatdır".
O, sözünə belə davam etdi: “Məhz buna görə də biz kinoya dövlət dəstəyi məsələsində islahatları təsdiqlədik”. Vergi ödəyicisinin pulunun İsrailli tamaşaçılara danışan sənət əsərlərinə xərclənməsini təmin etmək; Karyerasını dünya səhnəsində İsrailə böhtan atmaq üzərində quran sənaye deyil.
4269545