IQNA

Səudiyyə Ərəbistanında zəvvarlara 33 min Quran hədiyyə edilib

3:47 - March 12, 2025
Xəbər sayı: 3497787
İQNA – Səudiyyə Ərəbistanının Dini İşlər və Təbliğ Nazirliyi Məscidi Şəcərəni ziyarət edən zəvvarlara 33 mindən çox Quranın hədiyyə edildiyini açıqlayıb.

“Acel” saytında yer alan xəbərə görə, bu məscid Mədinədən Həcc və ya Ümrə üçün çıxanların ehram bağladığı yerdir.

Nazirlik, Mədinədəki şöbələri vasitəsilə Məscidi Şəcərəni ziyarət edən zəvvarlar və ziyarətçilərə 33 min nüsxə Quran paylayıb.

Quranın bu hədiyyə nüsxələri Mədinənin Kral Fəhd Quran Nəşriyyatı tərəfindən müxtəlif ölçülərdə və müxtəlif dillərdə çap edilib və Səudiyyə Ərəbistanı Kralının hədiyyəsidir.

Səudiyyə Ərəbistanı Dini İşlər İdarəsinin bu hərəkəti Ramazan ayında Ümrə zamanı bu kitabın ən yaxşı şəkildə çapını və yayılmasını təmin etmək və Ümrə edənlərə xidmət, bələdçilik və maarifləndirmə məqsədilə həyata keçirilib.

Şəcərə məscidi Məscidül-Cin ilə bir sırada yerləşən məsciddir. Peyğəmbər (s) Məscidül-Cinnin yerləşdiyi yerdə cinlərdən ibarət bir heyətlə görüşdü. Peyğəmbərimiz (s) müxtəlif vaxtlarda və yerlərdə vəhyi cinlərə çatdırmaq üçün Quran oxuyardı. Bir gün Abdullah ibn Məsudla Hacunun yaxınlığında bir yerə getdikləri zaman o, yerə bir xətt çəkdi və ondan keçməməsini istədi və o, xəttin kənarında olan cinlərə Quran oxudu. İbn Məsud bu məsələni Peyğəmbərə (s) nəql etdi. O, belə nəql edir: Cinlər Peyğəmbərimizə (s) dedilər; “Kim şəhadət verir ki, sən Allahın rəsulusan?” soruşdular. Yaxınlıqda saqqız ağacı var idi. Peyğəmbərimiz (s) o ağaca işarə edərək buyurdu; “O ağacı gördünüzmü? Əgər o, şahidlik etsə, iman gətirəcəksinizmi?” Cinlər: “Bəli, iman gətirəcəyik” dedilər. Bunun üzərinə Peyğəmbərimiz (s) ağacı çağırdı və ağac budaqlarını sürüyərək gəldi; "Sən mənim Allahın Rəsulu olduğuma şəhadət verirsənmi?" – deyə soruşdu. Ağac dedi: “Şəhadət verirəm ki, sən Allahın Rəsulusan”. Həmin ağacın yerləşdiyi və bu möcüzənin baş verdiyi yerdə məscid tikilib.

4270915

captcha