IQNA

Mərhum Quran qarisi Menşavinin nadir qiraətləri Misirin Quran Radiosunda yayımlanacaq

5:22 - March 15, 2025
Xəbər sayı: 3497807
İQNA - Mərhum Quran qarisi Məhəmməd Siddiq Menşavinin ailəsi Misir Quran Radiosuna məşhur qarinin nadir qiraətlərindən ibarət toplunu hədiyyə edib.

“Əl-Vəfd” saytının verdiyi xəbərinə görə, Misir Milli Media Təşkilatının rəhbəri Əhməd Musalmani Məhəmməd Siddiq Menşavinin ailəsi ilə görüşüb.

Görüşdə Misir Quran Radiosunun rəhbəri İsmayıl Duveydar da iştirak edib.

Görüş zamanı Menşavinin ailəsi misirli qarinin xaricdə keçirdiyi çoxsaylı Quran məclislərindən bəzi nadir qiraətlərini ilk dəfə Quran Radiosunda yayımlanmaq üçün Misir Milli Media Təşkilatına təqdim edib.

25 qiraətdən ibarət toplu ilk dəfə Quran radiosunda yayımlanacaq.

Misir Milli Media İdarəsi həmçinin Şeyx Mustafa İsmayılın 18 qiraətinin ilk dəfə radioda yayımlanacağını açıqlayıb.

Bundan əlavə, Misir Quran Radiosunda daha əvvəl yayımlanmayan Şeyx Məhəmməd Rəfətin 1934-cü il qiraətləri 91 ildən sonra bu mediada yayımlanacaq.

Misirin Vəqflər Nazirliyi daha əvvəl bildirmişdi ki, İslam İşləri Ali Şurası və onun ailəsi ilə birlikdə Menşavinin Quran irsini dirçəltmək üçün layihə həyata keçiriləcək.

Bu layihəyə Şeyx Menşavinin itirilmiş Quran irsi sahəsində araşdırmalar daxildir, məqsədi Menşavinin nadir Quran və audio xəzinəsini ailəsinin əməkdaşlığı ilə dirçəltməkdir.

4271437

captcha