IQNA

Kərbəla Beynəlxalq Quran tilavəti müsabiqəsinin ikinci mərhələsinin qalibləri məlum olub

5:15 - March 17, 2025
Xəbər sayı: 3497824
İQNA – İranlı qarilər, 2-ci Əl-Əmid Beynəlxalq Quran qiraəti müsabiqəsinin ikinci mərhələsinə yüksəliblər.

“Əl-Kəfil” kanalının verdiyi xəbərə görə, Həzrət Abbas hərəminin (ə) ikinci mərhələyə yüksələnlərin adlarını açıqlayıb.

Həzrət Abbasın (ə) hərəminin sözlərinə görə, böyüklər kateqoriyasında yarışan 30 iştirakçıdan 15-i növbəti mərhələyə vəsiqə qazanıb.

İranı təmsil etmək üçün yarışda iştirak edən Həmid Rza Müqəddəsi, Rəhim Şərifi və Səid Pərvizi ikinci mərhələyə yüksəlib.

İkinci mərhələyə yüksələn digər iştirakçılar isə İraq, İndoneziya, Tanzaniya, Mərakeş, Əfqanıstan, Türkiyə, Livan və Filippindən olub.

Münsiflər heyətinə müxtəlif ölkələrdən Quran mütəxəssisləri, o cümlədən, Misirdən Şeyx Məhəmməd Basyuni, Əfqanıstandan Əbdul-Qabir Heydəri, Misirdən Məhəmməd Əsfur, İraqdan Həsəneyn əl-Hulv, İrandan Seyid Kərim Musəvi və Livandan Məhəmməd Rəmmal daxil idi.

Quran mədəniyyətini yaymaq üçün Həzrət Abbas (ə) hərəminin səyi ilə Kərbəlada “Əl-Əmid” Mükafatı Beynəlxalq Quran Müsabiqəsi təşkil edilib.

Keçən il 2024-cü ilin Ramazan ayında keçirilən “Əl-Əmid” Beynəlxalq Quran Müsabiqəsində 21 ölkədən yarışmaçılar iştirak edib.

4271994

captcha