IQNA

Tanzaniyanın Quran müsabiqələrinin qaliblərinin mükafatlandırılması

4:00 - March 18, 2025
Xəbər sayı: 3497835
İQNA - Tanzaniya Qurani-Kərim Yarışması iki qrupda əzbər, qiraət, səs və ahəng sahələrində xanımlar və bəylər arasında qaliblərin mükafatlandırılması ilə başa çatıb.
kod

 

“İQNA”-nın İranın Tanzaniyadakı Mədəni Məsləhət Ofisinə istinadən verdiyi məlumata görə, ölkə möhtəşəm və bənzərsiz Quran yarışlarını keçirməklə növbəti dəfə Quran rənginə boyanıb.

Bu yarışma “Əshabul-Kəhf” İnstitutunun təşəbbüsü ilə Daxili İşlər Naziri Süleyman Sədi Cafunun iştirakı ilə Nayra Beynəlxalq Konfrans Salonunda Quran mərkəzlərinin Quran öyrənənlər arasında keçirilib.

Qadınlar arasında Quran yarışları Aişə Sərvər Mərkəzi tərəfindən Diamond Jubilee Böyük Konfrans Salonunda keçirilib və tədbirin xüsusi qonağı Zənzibar prezidenti Hüseyn Muini olub.

Bu Quran tədbirini keçirdikdən sonra tədbirin təşkilatçısı Aişə Sərvər İranın Tanzaniyadakı mədəniyyət attaşesi ilə görüşüb söhbət edib.

Xəbərdə bildirilir ki, beynəlxalq Quran tilavəti (səs və ton) müsabiqəsi də tədbirin xüsusi qonağı Zanzibar prezidenti Hüseyn Muinin iştirakı və Tanzaniya Quran Xidməti İnstitutunun təşkilatçılığı ilə Nayirə Beynəlxalq Konfrans Salonunda keçirilib.

Müsabiqə, bu il martın 15-də Darus-Salamda başlayıb. İnstitutun İnstaqram səhifəsində verilən elana görə, müsabiqədə Livan, Cənubi Afrika, Pakistan, Malayziya, Yəmən, Mali, Misir, İraq, Əfqanıstan, Türkiyə və Mərakeşdən qiraətçilər iştirak ediblər.

Bu yarış Tanzaniya və Şərqi Afrikada Quran Xidməti İnstitutu tərəfindən təşkil edilən ən nüfuzlu beynəlxalq Quran müsabiqəsidir.

Quran Xidməti İnstitutu Tanzaniyada Quran mədəniyyəti və biliyini yaymaq üçün çalışan qeyri-kommersiya İslam təşkilatıdır. Bu qurum son illərdə müxtəlif milli və beynəlxalq səviyyələrdə Qurani-Kərimin səsi və ahənginə dair yarışlar da daxil olmaqla müxtəlif Quran tədbirləri təşkil edib.

Bu qurum həmçinin tanınmış beynəlxalq şəxsiyyətləri və qariləri Tanzaniyaya dəvət etməklə və onlar üçün Quran proqramları keçirməklə ölkənin beynəlxalq Quran fəaliyyətlərindəki mövqeyinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Keçən il Şeyx Mahmud Şəhhat Ənvər Tanzaniyada Quran Xidməti İnstitutunun qonağı olmuş və onun qiraətləri ölkə müsəlmanlarının böyük marağına səbəb olmuşdu.

Tanzaniya Futbol Stadionunda keçirilən Beynəlxalq Quran Hifzi Yarışı həm də ölkənin Əl-Hikmə Quran İnstitutunun səyləri ilə Afrikada keçirilən ilk böyük Quran yarışması kimi tanınır.

Bu müsabiqəyə maraq hər il o qədər böyük olur ki, əsas və köməkçi stadionlar insanlarla dolur və qapıların bağlanması səbəbindən bir çox Tanzaniya vətəndaşı bu tədbirdə iştirak edə bilmir.

4272508

Teqlər: tanzaniya ، quran ، müsabiqə ، qiraət
captcha