IQNA

İQNA - Dəkkədə keçirilən mərasimdə Banqladeşdə keçirilən yerli və beynəlxalq Quran hifzi yarışlarının qalibləri təltif edilib və mükafatlarını alıblar.

6:08 - March 24, 2025
Xəbər sayı: 3497880
İQNA - Dəkkədə keçirilən mərasimdə Banqladeşdə keçirilən yerli və beynəlxalq Quran hifzi yarışlarının qalibləri təltif edilib və mükafatlarını alıblar.

“İQNA”-nın “UNB”-yə istinadən verdiyi məlumata görə, Banqladeşin paytaxtı Dəkkədəki Navaratri Başundhara zalında keçirilən mərasimdə ölkədə Qurani-Kərimin hifzi müsabiqəsinin ikinci turunun ən yaxşı qalibləri mükafatlandırılıb.

Bir qrup tanınmış İslam alimləri, müəllimlər, məscid imamları və hafizlərin iştirak etdiyi mərasimdə indoneziyalı Məhəmməd Zəki, Dəkkədə keçirilən “Nurun hafizi” beynəlxalq Quran müsabiqəsində ən yaxşı hafiz adını qazanıb.

Bu yarışmada Banqladeş də daxil olmaqla 17 ölkədən Quran hafizləri iştirak edib. İndoneziyalı Məhəmməd Zəkidən sonra ikinci və üçüncü yerləri yəmənli Məhəmməd Baliqh Syed Əbdul-Qaffar Ali və banqladeşli İrşad əl-İslam tutublar.

İrşad əl-İslam da ölkənin 11 regionundan 10 000 iştirakçını keçərək yerli kateqoriyada birinci yerə layiq görülüb. İkinci və üçüncü yerləri Məhəmməd Cihad əl-İslam və Əbdül-Rəhman ibn Nur tutub. Məhəmməd Cubeyr Əhməd, Şəhid Ələm Tarif, Məhəmməd Yusif Əli, Məhəmməd Əffan ibn Sirac və Hafiz Əbdül-Rəzzaq Noman bu kateqoriyada digər yüksək göstəricilər arasında idi.

Qaliblərin hamısı pul mükafatları, sertifikatlar və təşəkkür lövhələri ilə təltif edilib və birinci turda olduğu kimi, onlar da valideynləri ilə birgə Ümrə ziyarəti etmək imkanı əldə edəcəklər.

Tədbirin baş qonağı Banqladeş İslam Fondunun sədri Maulana Mahfuzul Haq olub. O, Quran tilavətinin əhəmiyyətini və onun cəmiyyətə təsirini vurğulayıb.

Həmçinin Şərq-Qərb Media Qrupunun direktor müavini Qadir Qani deyib: “Qurani-Kərim bəşəriyyəti xilas etmək üçün bələdçidir. Bu, Uca Allahın ən böyük nemətidir. Quran Allahın rəhməti, hidayəti, nuru və şəfasıdır”.

O, əlavə etdi: “Müsəlmanlar Qurani-Kərimə əməl etməli, onu təbliğ etməli və öz həyatlarını ona əsaslanaraq qurmalıdırlar ki, hədisdə “Allahın əhli” olaraq xatırlanan Uca Allahın xüsusi bəndələri olsunlar.

Ötən il noyabrın 24-də Sylhet bölgəsində başlayan bu Quran yarışı, müqəddəs Ramazan ayında iftardan əvvəl Banqladeşin “News 24” kanalında yayımlanıb. Müsabiqədə Türkiyə, İordaniya, Oman, Yəmən, Mərakeş, İndoneziya, Banqladeş və bir sıra digər ölkələrdən 16 yaşadək təmsilçilər iştirak ediblər.

4273427

captcha