IQNA

Rəfah bələdiyyəsi beynəlxalq ictimaiyyəti sionist rejimə qarşı qətiyyətli addım atmağa çağırıb

4:20 - March 26, 2025
Xəbər sayı: 3497896
İQNA - Qəzzə zolağının cənubundakı Rəfah bələdiyyəsi Təl Sultan bölgəsində İsrailin atəşi altında mühasirəyə alınan minlərlə mülki vətəndaşın xilas edilməsi üçün qətiyyətli beynəlxalq addım atmağa çağırıb.

“İQNA” xəbər agentliyinin Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Qəzza zolağının cənubundakı Rəfah bələdiyyəsi təcili bəyanat yayaraq, Təl Sultan, bölgəsində İsrailin atəşi altında mühasirəyə alınan minlərlə mülki vətəndaşın xilas edilməsi üçün qətiyyətli beynəlxalq addım atmağa çağırıb.

Bu bəyanata görə, beynəlxalq ictimaiyyətə beş təcili tələblər irəli sürülüb: 1. Mühasirə və bombardman altında qalan mülki əhalinin təxliyəsi üçün təhlükəsiz marşrutların yaradılması.

2. Yaralıları və mühasirəyə düşənləri xilas etmək üçün dərhal humanitar yardımın, o cümlədən, ərzaq, su və tibbi avadanlıqların göndərilməsi.

3. İsrailin Rəfah və Tel Sultana qarşı vəhşi hücumlarını dərhal dayandırmağa məcbur edilməsi.

4. Xidməti vəzifələrini yerinə yetirərkən itkin düşmüş xilasetmə və mülki müdafiə dəstələrinin taleyinin üzə çıxarılması.

5. İsrail hərbi cinayətlər törətdiyinə görə beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdır.

Rəfah Bələdiyyəsi həmçinin beynəlxalq susqunluğun davam etməsinin bu cinayətlərə şərik olmaq anlamına gəldiyini vurğulayaraq, təcili tədbir görülməsə, Təl Sultanın sakinlər və yardım işçiləri üçün kütləvi məzarlığa çevriləcəyi barədə xəbərdarlıq edib.

4273567

captcha