“İQNA”-nın xəbər bülleteninə istinadən verdiyi məlumata görə, Hizbullahın ictimaiyyətlə əlaqələr şöbəsi verdiyi açıqlamada bildirib: “Sionist düşmənin Beyrut ətrafına hücumları səbəbindən 28 mart 2025-ci il cümə günü keçirilməsi planlaşdırılan Qüds günü mərasimi ləğv edilib”.
Xatırlanır ki, İsrail rejimi bir saat əvvəldən bəri Beyrutun cənub ətrafının müxtəlif bölgələrini ən azı üç dəfə hava hücumları ilə hədəfə alıb.
Livanın Səhiyyə Nazirliyi də İsrail döyüş təyyarəsinin Kafr Tibnit bölgəsinə hücumu nəticəsində üçü uşaq olmaqla ən azı altı nəfərin yaralandığını açıqlayıb.
Əl-Məyadin müxbiri həmçinin İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Cabur yüksəkliklərinə hücum etdiyini bildirib.
Əl-Cəzirə xəbər kanalı həmçinin İsrail pilotsuz təyyarələrinin Beyrutun cənub ətraflarında yerləşən binanı ən azı üç dəfə hədəf aldığını açıqlayıb. Əl-Cəzirə həmçinin hücumların kiçik bombalarla həyata keçirildiyini və xəbərdarlıq olduğunu bildirib.
Bu, təxminən 4 ay əvvəl Livan ilə İsrail rejimi arasında atəşkəs imzalanmasından sonra ilk dəfədir ki, Beyrut ətraflarında yerləşən ərazilər İsrailin hava hücumlarına məruz qalır.
4274110