IQNA

Şəvval ayının hilalı göründü

1:24 - March 31, 2025
Xəbər sayı: 3497936
İQNA - Ali Məqamlı Rəhbərin dəftərxanası yaydığı bəyanatda 2025-ci il martın 31-i bazar ertəsi gününün Şəvval və Fitr bayramının ilk günü olduğunu elan edib.

“İQNA”, xəbər verir ki, Ali Məqamlı Rəhbərin dəftərxanası yaydığı bəyanatda 2025-ci il martın 31-i bazar ertəsi gününün Şəvval və Fitr bayramının ilk günü olduğunu elan edib.

Elanın mətni belədir:

Mərhəmətli və Rəhmli Allahın adı ilə.

Əziz insanların mübarək Ramazan ayında itaət və ibadətlərinin qəbul olmasını arzulayaraq bildiririk ki, ölkənin müxtəlif yerlərindən ekspert və etibarlı müşahidə qruplarından alınan xəbərlərə əsasən, Şəvval hilalının 10 Fərvərdin (30 mart 2025) 1404-cü il, Ramazan ayının 29-u bazar günü axşam saatlarında görünməsi İnqilab Rəhbəri Ayətullah Xameneiyə aydın olmuşdur. Odur ki, 1404-cü il 11 Fərvərdin (31 mart 2025-ci il) bazar ertəsi hicri 1446-cı il Şəvval ayının birinci günü və Fitr bayramıdır.

Bu mübarək Fitr bayramı münasibəti ilə bütün din qardaş və bacılarımızı və nəcib İran xalqını təbrik etməklə yanaşı, qeyd edirik ki, ölkə ərazisində əzəmətli Fitr bayramı namazı qılınacaq.

Ali Rəhbərin Dəftərxanası

4274365

captcha