IQNA

İmam Hüseyn (ə) ziyarətgahı İraqda Quranı əzbərləyən məhbusları təqdir edib

11:27 - April 03, 2025
Xəbər sayı: 3497950
İQNA - İmam Hüseyn (ə) ziyarətgahının Dini İşlər İdarəsinə bağlı Dini Təbliğ Şöbəsi İraqın Babil əyalətinin mərkəzi cəzaçəkmə müəssisəsində Quran hafizi məhbuslarını təqdir edib.

“İQNA” xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahının dini işlər idarəsinin dini təbliğat şöbəsinin müdiri Şeyx Kərim əl-Cəyfəri bununla bağlı deyib: “Bu mərasimdə İraqın Babil əyalətindəki dini, fiqhi, etiqadi və Peyğəmbərin (s) həyat tərzi ilə tanışlıq kurslarında iştirak edən və Quranı əzbər bilən məhbuslar təltif edildi. Həmçinin “Ümumdünya Quran Günü”nün Quran kursunda qalib seçilənlər İmam Hüseyn (ə) ziyarətgahı tərəfindən təltif edilib və onlara təşəkkür lövhəsi təqdim edilib”.

Əl-Cəyfəri aççıqlayıb: “Bu tədbirin keçirilməsində məqsəd məhbusların ruhunu və şüurunu islah etmək və saflaşdırmaq, həmçinin onları zorakılıq və ekstremizmdən uzaqlaşdırmaq üçün doğru yola yönəltməkdir”.

Həmçinin İmam Hüseynin (ə) hərəmi cəzaçəkmə müəssisələrində və islah mərkəzlərində Quran və maarifləndirmə proqramlarına davamlı dəstək verir, çünki bu Quran proqramları məhbusların reabilitasiyasına və onların cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir.

 

تجلیل آستان حسینی از زندانیان حافظ قرآن در عراق + عکس

تجلیل آستان حسینی از زندانیان حافظ قرآن در عراق + عکس

تجلیل آستان حسینی از زندانیان حافظ قرآن در عراق + عکس

تجلیل آستان حسینی از زندانیان حافظ قرآن در عراق + عکس

4274598

captcha