IQNA

ABŞ və İsrailin bölgədəki vəhşi cinayətlərini pisləyən Hizbullah bəyanatı

11:56 - April 04, 2025
Xəbər sayı: 3497955
İQNA - Livan Hizbullahı sərt bəyanat yayaraq, ABŞ və sionist rejimin Suriya, Yəmən, Qəzza və Livana geniş və koordinasiyalı hücumlarını pisləyib.

“İQNA” “Əl-Mənar”-a istinadən xəbər verir ki, Livanın Hizbullah hərəkatı bir bəyanatda ABŞ və sionist rejimin Suriya, Yəmən, Qəzza və Livana qarşı getdikcə artan vəhşicəsinə təcavüzlərini pisləyib və bu təcavüzün Amerika-sionist şər oxunun region xalqlarına qarşı genişmiqyaslı müharibəsinə uyğun olduğunu bildirib.

Livan Hizbullahı bu hücumları region ölkələrinin sabitlik və təhlükəsizliyinə zidd, bu ölkələrin suverenliyinə təcavüz və sionist rejimin hegemonluğu və maraqlarına təslim etmək, beləliklə də bu rejimin bölgədə üstünlük əldə etməsinə imkan yaratmaq məqsədi ilə onların imkanlarını məhv etmək cəhdi kimi qiymətləndirib.

Bəyanatda deyilir: “Suriyaya qarşı təkrar hücumlar və davam edən təcavüz bu ölkənin zəiflədilməsi və onun yenidən qurulmasının qarşısını almaq cəhdidir və onun milli suverenliyinin kobud şəkildə pozulması hesab olunur. Qeyrətli Suriya xalqının sionist təcavüzünə qarşı qəhrəmancasına müqavimət göstərməsi və nəticədə bir neçə nəfərin şəhid olması və yaralanması Suriya xalqının işğalçılara qarşı mübarizə və müqavimət seçiminə davam etməsinin sübutudur”.

4274668

captcha