“İQNA”-nın İmam Hüseynin (ə) hərəminin informasiya saytına istinadən verdiyi məlumatına görə, mərkəzin beynəlxalq təhsil şöbəsinin rəhbəri, ustad Məhəmməd Baqir Əl-Mənsuri deyib: “Bu kurs kiberməkanda və Telegram platformasında keçirilib və dünyanın 25 ölkəsindən mindən çox kişi və qadın Quran tələbəsi bu kursda iştirak edib”.
O əlavə edib: “Bu kursda Avstraliya, Əmirliklər, Bəhreyn, Braziliya, ABŞ, Böyük Britaniya, Əlcəzair, Danimarka, Səudiyyə Ərəbistanı, Seneqal, İraq, Küveyt, Norveç, Yəmən, İran, Pakistan, Suriya, Syerra Leone, Oman, Qvineya, Kanada, Livan, Lüksemburq, Misir və Nigerdən Quran tələbələri iştirak edib”.
Bu Quran kursunun rəhbəri ustad Mustafa Əl-Tai də deyib: “Bu kursda “Sad” surəsini əzbərləmək üçün inteqrasiya olunmuş proqramla birlikdə mötəbər təfsirlərə əsaslanan sadə təfsir dərsləri təqdim olundu”.
O, qeyd edib ki, kurs imtahanı müasir metodlardan istifadə edilməklə keçirildi, nəticədə üç səviyyədə: əla, çox yaxşı və yaxşı səviyyədə qəbul sertifikatları verildi, qalan iştirakçılar isə bu Quran kursunda iştirak sertifikatları aldılar.
4274695