IQNA

İmam Hüseyn (ə) ziyarətgahı Ramazan ayında Qurani-Kərimi tamamlayan fəalları təqdir etdi

2:22 - April 07, 2025
Xəbər sayı: 3497969
İQNA - İmam Hüseynin (ə) hərəmi müqəddəs Ramazan ayında Qurani-Kərimi tamamlayan fəal könüllüləri mükafatlandırdı və onlara təşəkkür etdi.

“İQNA”-nın Kərbəladan verdiyi məlumata görə, İmam Hüseynin (ə) hərəminə bağlı Darul-Qurani-Kərim bu hərəmdə müqəddəs ayda Quranın tamamlanmasında iştirak edən könüllü fəalları təqdir edib.

İmam Hüseynin (ə) ziyarətgahının Darul-Quran administrasiyasının rəhbəri Şeyx Xeyrəddin Əl-Hadi verdiyi açıqlamada belə deyib: “Bu təqdir mərasimi Quranı tamamlamaq işini həyata keçirmək üçün əlindən gələni edən könüllülərin səylərinin dəyərləndirməkdir. Görülən səylər Allahın kitabına xidmətdə səmimiyyəti nümayiş etdirir. Biz Quran mədəniyyətinin yayılmasına və cəmiyyətin Quranla əlaqəsini gücləndirməyə kömək edən Quran layihələrini dəstəkləməyə davam edirik”.

Darul Quranil-Kərimin Quran Dərnəkləri Bölməsinin rəhbəri Rəsul Əl-Vəzani də dedi: “Könüllülərin səyləri bu proqramın uğurunun təməl daşı oldu və zəvvarların geniş şəkildə iştirakı və yüksək səviyyədə qarşılıqlı əlaqəsi bu layihənin əhəmiyyətindən xəbər verir”.

O əlavə edib: “Sözügedən Quran proqramı bu müqəddəs ayda Quran mədəniyyətini yaymaq və onunla əlaqələri gücləndirmək missiyamıza uyğundur”.

“Qurani-Kərim”in tilavəti mərasimi İmam Hüseynin (ə) hərəminin hər il keçirməyə can atdığı mübarək Ramazan ayının ən görkəmli hadisələrindən biridir.

4274909

captcha