IQNA

UNRWA: “Qəzza sağlamlıq mərkəzləri İsrailin təkrar hücumları altında”

1:51 - April 08, 2025
Xəbər sayı: 3497978
İQNA - Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini Qəzza zolağındakı sağlamlıq mərkəzlərinin dəfələrlə İsrail bombaları tərəfindən hədəf alındığı və bölgədə əsas tibbi və səhiyyə vasitələrinin tükəndiyi barədə xəbərdarlıq edib.

TRT News-un verdiyi məlumata görə, Lazzarini 7-13 Aprel Dünya Sağlamlıq Həftəsi münasibətilə verdiyi yazılı açıqlamada, İsrailin hücumlarını intensivləşdirdiyi Qəzzada sağlamlıq vəziyyətinə diqqət çəkib.

Qəzzadakı sağlamlıq mərkəzlərinin dəfələrlə hücuma məruz qaldığını vurğulayan Lazzarini, “Ümumdünya Sağlamlıq Günündə sağlamlıq və şəfa qeyd etməli olsaq da, Qəzza zolağında hər ikisinin itkisi üçün yas tuturuq” ifadələrdən istifadə etdi.

Qəzzada səhiyyə işçilərinin İsrailin hücumları nəticəsində öldüyünü və ya yaralandığını qeyd edən Lazzarini bölgədə əsas tibbi və sağlamlıq ləvazimatlarının tükəndiyi barədə xəbərdarlıq edib.

captcha