IQNA

Madriddə Fələstin foto sərgisi keçirilir

5:39 - April 09, 2025
Xəbər sayı: 3497984
İQNA - Madriddə yerləşən Beytül-Ərəbiyyə Fondu Fələstinin işğala qarşı müqaviməti mövzusunda sərgi təşkil edib.

"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, Madriddə yerləşən Beytüll-Ərəbi Fondu işğala qarşı Fələstinin müqavimətinə diqqət çəkmək məqsədilə “Fələstin yumoru: şəxsi səslər, kollektiv fəryad” adlı komik kitab sərgisi təşkil edib.

Aprelin 2-də açılan tədbir İspaniyanın paytaxtında mayın 18-dək davam edəcək. Sərgidə 75 ildən artıq mübarizə, işğal və zülm altındakı gündəlik həyatı əhatə edən on fələstinli rəssamın əsərləri nümayiş olunur.

Fələstinlilərin gündəlik həyatı, məhbusların həyat hekayələri və müqavimətin nəql olunduğu sərgidə fələstinli rəssamlar Fələstin məsələsinə öz baxışlarını ortaya qoyur. Onların əsərləri Fələstin satirik sənətinin müqavimət alətlərindən biri kimi böyümə və inkişafını əks etdirir.

Sərginin təşkilatçıları izah ediblər ki, bu tədbirin məqsədi Fələstin xalqına tətbiq edilən sükutu pozmaq və onlara öz hekayələrini, öz şəxsiyyətlərini və gələcək statuslarını danışmağa imkan yaratmaqdır.

Bu tədbir İspaniya Mədəniyyət Nazirliyi və Fələstinin Madriddəki səfirliyi tərəfindən bədii ifadə vasitəsilə sülhü təşviq etmək məqsədi daşıyan “Sülh naminə mədəniyyət: İspaniya – Fələstin” proqramının bir hissəsidir.

Sərginin kuratoru 1973-cü ildə Cenin şəhərində anadan olmuş, İsrail işğalına qarşı mübarizəsi ilə tanınan fələstinli karikaturaçı Məhəmməd Sebaanedir. Rəssam bir çox beynəlxalq mükafatların laureatıdır və 2024-cü ildə İsveçin “EWK” mükafatını qazanıb.

Komikslər və ya qrafik romanlar hekayəni xətlərlə izah etmək üçün ardıcıl panellərdən (çərçivəli şəkillər) istifadə edən və son nəticədə vizual bir vasitə olan bir sənət növüdür.

4275197

captcha