IQNA

Səudiyyə Ərəbistanı 14 ölkəyə Ümrə vizasının verilməsini məhdudlaşdırıb

5:44 - April 09, 2025
Xəbər sayı: 3497986
İQNA – Həcc mövsümü yaxınlaşdıqca Səudiyyə Ərəbistanı 2025-ci ilin Həcc mövsümünün sonuna qədər 14 ölkə vətəndaşlarına ümrə, ailə ziyarəti və işgüzar vizaların verilməsini dayandırıb.

Səudiyyə mediasının verdiyi məlumata görə, bu ölkələrə İndoneziya, Əlcəzair, Misir, Nigeriya, Efiopiya, Tunis, Hindistan, Banqladeş, Yəmən və Pakistan və s. daxildir.

Bu viza qadağasının məqsədi icazəsiz girişin qarşısını almaq və qarşıdan gələn dini mərasimlər zamanı yarana biləcək izdihamı idarə etməkdir.

Səudiyyə rəsmiləri məhdudiyyətin təhlükəsizliyi və logistika səmərəliliyini təmin etmək üçün atılan müvəqqəti tədbir olduğunu açıqlayıb. Bu viza qadağası 2025-ci il iyunun ortalarına qədər qüvvədə qalacaq.

Qadağa müvəqqəti tədbirdir və həcc mövsümünün sonuna qədər davam edəcək.

Bu tədbirin məqsədi Həcc mövsümündə izdihamı asanlıqla idarə etmək və ictimai təhlükəsizliyi təmin etməkdir.

Lakin bu, Asiya, Afrika və Yaxın Şərqdə bir çox insan üçün səyahət planlarını, dini layihələri və turizm gəlirlərini pozdu.

Qlobal səyahət sənayesi indi əks reaksiya ilə üzləşir və bir çoxları bu qərarı Həcc öncəsi son illərdəki ən sərt məhdudiyyətlər kimi təsvir edir.

Diplomatik mənbələrdən alınan məlumata görə, ümrə, iş və ailə vizalarının dayandırılmasının iyunun ortalarında başa çatması gözlənilir.

Səlahiyyətlilərin bu məhdudiyyəti qoymaqda məqsədi həcc ziyarətində icazəsiz iştirakın qarşısını almaqdır. Keçmişdə bir çox ziyarətçi ölkəyə çoxsaylı giriş vizası ilə daxil olub, lakin həcc mövsümündə həcc ziyarətini yerinə yetirmək üçün qeyri-qanuni qalıb, bu da izdiham və təhlükəsizlik risklərinə səbəb olub.

Digər mühüm amil qeyri-leqal məşğulluqdur. İşgüzar və ailəvi vizalardan istifadə edən ziyarətçilərin icazəsiz işlərdə işlədiyi, viza qaydalarını pozduğu və əmək bazarında problemlərə səbəb olduğu bildirilir.

Səudiyyə rəsmiləri bəyan ediblər ki, viza qadağası cəza tədbiri deyil, xüsusilə 2024-cü ildə həddən artıq sıxlıq və həddindən artıq istilər səbəbindən minlərlə zəvvarın həyatını itirdiyi Həcc fəlakətindən sonra ictimai təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirdir.

Məhəmməd bin Salmanın immiqrasiya və həcc rəsmilərinə daha sərt nəzarət tətbiq etməyi tapşırdığı bildirilib. Bu qərarın verilməsində məqsəd Həcc ziyarətinin təhlükəsiz, səmərəli və qanuni şəkildə həyata keçirilməsini təmin etməkdir.

4275278

captcha